VAHAB (VƏHHAB)

Ərəbcə “səxavətli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VAĞAN
VAXT
OBASTAN VİKİ
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Vahab Abdullayev
Vahab Abdullayev — xanəndə. Vahab Abdullayev 1875-ci ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. O, rayonun Nehrəxəlil kəndində yaşamışdır. V. Abdullayev dövrünün məşhur xanəndələrindən biri olmuşdur. O, Şirvan zonasının seçkin xanəndəsi kim ad qazanmış, toy mərasimlərini, el şənliklərini məlahətli səsi ilə urvata mindirmişdir. V. Abdullayevin iştirak etdiyi məclislər olduqca yığnaqlı keçir, onun səsini dinləmək üçün Bakıdan, digər şəhər və rayonlardan çoxlu sayda insanlar həmin məclislərdə iştirak edərdilər. Vahab Abdullayev 1931-ci ildə vəfat etmişdir.
Vahab Əliyev
Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı. Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur.. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir. O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.
Abdul Vahab
Abdul Vahab — kişi adı. Abdul Vahab Əli — İraqı təmsil edən stolüstü tennisçi. Abdul Vahab Zahiri — Əfqanıstanı təmsil edən atlet.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Məhəmməd ibn Əbdül Vəhhab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.